Millimizdə itki: "Neftçi"nin futbolçusu toplanışı tərk etdi

Azərbaycan milli komandasının heyətindı ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, Eddi İsrafilov zədə səbəbindən yığmanın düşərgəsini tərk edib. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

"Neftçi"nin yarımmüdafiəçisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Estoniya, 16-da isə Avstriya yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışında iştirakını dayandırıb.


 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right