David Alaba Azərbaycanla oyunu buraxacaq

Avstriya millisinin kapitanı David Alaba AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Belçikaya qarşı keçiriləcək oyunları buraxacaq.

Newsprot.az Avstriya Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi heyətdən çıxarılıb.

Baş məşqçi Ralf Ranqnik ona dəvət göndərsə də, tibbi müayinədən sonra Alabanın yığmanın oyunlarına hazır olmayacağı müəyyənləşib. İspaniyanın “Real” klubunun 31 yaşlı oyunçusu Madrid təmsilçisinin düşərgəsində qalacaq.

Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right