"Qəbələ”nin gücünə, səviyyəsinə bələdik. Ona görə də qapalı futbol oynadıq, əks-hücumlara bel bağladıq. Müəyyən dərəcədə bizdə alındı”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov söyləyib.
Azərbaycan Premyer Liqasının 5-ci turunun son oyununda "Qəbələ”yə yenilən "kimyaçılar”ın çalışdırıcısı matçı belə şərh edib:
"Qol epizodları yarada bildik, rəqibə də boşluq vermədik. Ümumi götürsək, futbolçularımın meydandakı mübarizəsindən razı qaldım. Bütün güclərini meydanda qoydular. Hətta qol buraxmamışdan öncə qol epizodlarımız da oldu. Yəni bu oyunu qalib kimi də başa vura bilərdik. Amma şanslardan yararlana bilmədik. Bütün bunlara baxmayaraq, futbolçulardan razıyam”.