Azərbaycan – Şimali İrlandiya matçının hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində ikinci görüşünün hakimləri müəyyənləşib. Newsport.az xəbər verir ki, UEFA Şimali İrlandiya ilə ev oyununu Bolqarıstandan olan briqadaya həvalə edib.
 
Qarşılaşmanı Georgi Davidov idarə edəcək. Ona Georgi Doynov və Miroslav Maksimov kömək edəcəklər. Kristian Kolev dördüncü hakim olacaq.
Türkiyəli Sabri Çelik hakim-inspektor, belaruslu Sergey İlyiç isə UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, oktyabrın 12-də “Azərsun Arena”da keçiriləcək Azərbaycan – Şimali İrlandiya qarşılaşması saat 18:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right