Ayxan Abbasov üçün əlamətdar tur

Premyer Liqanın IX turunda “Zirə” ilə oyun “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub. Newsport.az xəbər verir ki, komandasının məğlub olduğu görüş təcrübəli mütəxəssisin yubiley görüşü olub.
 
Belə ki, tovuzlular onun rəhbərliyi altında 50-ci qarşılaşmasını keçirib. Ötən ilin yayından qərb klubunu çalışdıran Abbasovla “Turan Tovuz” 45 çempionat, 5 kubok oyununa çıxıb. Komanda bunun 16-da qələbə qazanıb, 22-də məğlub olub. 12 görüşdə isə heç-heçə qeydə alınıb.
 
Qeyd edək ki, “Zirə” – “Turan Tovuz” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right