AFFA rəsmisi Malta – Belçika oyununda

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək yenidən təyinat alıb. Newsprot.az xəbər verir ki, UEFA ona daha bir oyunu həvalə edib.
 
Şimşək bu dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ görüşündə iş başında olacaq.
 
O, Malta – Belçika qarşılaşmasında hakim-inspektor kimi fəaliyyət göstərəcək. Həmin oyun oktyabrın 13-də baş tutacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right