Azərbaycan Premyer Liqasının IX turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununda iki yubiley qeydə alınıb. Newsport.az xəbər verir ki, qonaqların 2:0 hesablı qələbə qazandığı görüşdə hər iki qol əlamətdar olub.
Qarşılaşmada hesabı açan Olavio Juninyo əzəli rəqiblər arasında ölkə çempionatı tarixindəki duellərində 200-cü qolun müəllifi kimi tarixə düşüb.
Bu, 92-cu qarşılaşmaya təsadüf edib. Bu qollardan 118-nə “Qarabağ”, 83-nə “Neftçi” adını yazdırıb. Azərbaycan derbilərinin orta məhsuldarlığı 2,18-yə bərabərdi.
Görüşdə son nöqtəni qoyan Redon Cica isə cari mövsümdə Premyer Liqada vurulan 100-cü qolun müəllifi olub. I dövrənin geridə qalan 44 qarşılaşmasında orta məhsuldarlıq 2,27-di.