"Qəbələ"nin oyunlarının vaxtı dəyişdi

Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edib. 

Komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan PFL “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib. 

Azərbaycan Premyer Liqasının VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr (2015) tarixindən 25 sentyabr (2015) tarixinə keçirilib. VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 3 oktyabr (2015) tarixindən 4 oktyabr (2015) tarixinə dəyişdirilib. 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right