Hollandiya mətbuatı Armentorsdan yazdı! "Anderlext"də edə bilmədiyini, “Qarabağ”da 9 günə etdi"

ollandiya mətbuatı “Kəpəz” – “Qarabağ” matçından yazıb. 

Newsport.az-ın məlumatına görə, holland həmkarlarımız Armentorosun çıxışından yazıblar. Saytımız holland mətbuatının yazdığı fikirləri təqdim edir. 

Hollandlar Armentorusun Premyer Liqamızda meydana çıxdığı ikinci görüşdə ikinci qolunu vurmasını xüsusi qeyd ediblər. Armenteros haqda “O, özünü “Anderlext”də göstərə bilmədi, “Feyenoord”, “Vilem II” komandalarına icarəyə verildi. Amma bu ildən “Qarabağ”da əla çıxış edir. O, həqiqətən də yaxşı formadadı”.

Ardınca isə hollandlar “Kəpəz”lə matça toxunaraq: “Armenteros “Kəpəz” matçına ehtiyatda başladı. Amma o, meydana çıxdı və qolunu vurdu. Necə ki, keçən turda bunu etmişdi. O, “Anderlext”də olduğu müddətdə edə bilmədiyini, “Qarabağ”da 9 günə etdi”.

2012-2015-ci illərdə “Anderlext” forması geyinmiş Armenteros ümumilikdə 5 oyunda meydana çıxmış və bir dəfə qol vurmuşdu.  Samuel 28-ci turda “Brügge” ilə səfərdə 2:2 oynanılan matçda qolunu vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right