“Ayın qolu” layihəsi çərçivəsində sentyabr ayının qalibi olan Məqsəd İsayevə “Zirə” – “Turan Tovuz” görüşündən əvvəl “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunub.
Newsport.az-ın məlumatına görə, ona mükafatları Zirə İdman Kompleksinin stadionunda Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və “Azərlotereya”nın İdarə Heyətinin üzvü Salih Tüfekçi təqdim ediblər.