Avstriya yığması Bakıya itkilərlə gələcək

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Avstriya yığmasında problemlər bitmək bilmir. Newsport.az xəbər verir ki, komanda daha bir oyunçunun xidmətindən məhrum qala bilər.

Marko Arnautoviç, Karim Onisivo və Fillipp Muenedən sonra indi də müdafiəçi Maksimilian Vöber qarşıdakı oyunları buraxa bilər. 25 yaşlı futbolçu klubu Mönhenqladbax “Borussiya”sının son görüşündə zədələnib. Topuğunda ağrıları olan oyunçunun nə vaxta qədər sıradan çıxdığı tibbi müayinədən sonra bilinəcək.

Qeyd edək ki, Avstriya yığması seçmə mərhələ çərçivəsində oktyabrın 13-də Belçika, 16-da Azərbaycan millisi ilə qarşılaşacaq. David Alaba, Marsel Sabitzer, Mixael Qreqoritş və Stefan Poş heyətə cəlb olunsalar da, onların iştirakı sual altındadı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right