Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsində Azərbaycan yığması bu gün 3-cü oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, rəqib qrupun hazırkı lideri Qazaxıstan millisi olub. Bakı İdman Sarayında keçirilən görüş Qazaxıstan yığmasının 2:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Gərgin keçən matçda hesab 12-ci dəqiqədə açılıb. Azərbaycan yığmasından Hadi Ahmadi fərqlənib. Fasiləyə komandalar bu hesabla yollanıblar. İkinci hissənin əvvəllərində qonaq komandadan Orozov bərabərliyi bərpa edib. Bundan sonra Qazaxıstan daha 3 qol vurub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə Azərbaycan millisndən heyətində Maneka qoyub. Beləliklə, Azərbaycan yığmaı doğma meydanında rəqibinə 2:4 hesabı ilə məğlub olub.
Qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.
Qrupun digər oyununda Rumıniya final fitinə 17 sayiə qalmış vurduğu qolla 2:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl Rumıniyaya uduzub (1:3), Niderlandı isə məğlub edib (6:1).
Turnir cədvəlində Qazaxıstan 9 xalla liderdir. Rumıniya 6 xalla 2-ci, 3 xalı olan Azərbaycan isə 3-cüdür. Aktivinə xal yazdırmağı bacarmayan Niderland sonuncudur.
Azərbaycan – Qazaxıstan - 2:4
Qollar: Hadi Ahmadi, 11:46, Maneka, 39:55 // Birjan Orozov, 22:25, Duqlas, 26:02, Dauren Tursaqulov, 35:31, Leo, 38:49