Məşhur sima “Qarabağ”ın oyununu niyə tərk etdi?

İsveç millisinin sabiq futbolçusu, hazırda "Radiosport"da ekspert kimi çıxış edən Yohan Elmander "Hekken"- "Qarabağ" (0:1) oyununun canlı yayımını tərk etmək məcburiyyətində qalıb. Newsport.az xəbər verir ki, buna səbəb 41 yaşlı veteranın kiçik qızının bədbəxt hadisə yaşamasıdır. 
 
"Sportbladet"ə danışan "Qalatasaray"ın sabiq üzvü qızının evdə banka açarkən yaralandığını deyib.
 
Belə ki, o, qapağı açarkən banka çatlayıb və əli kəsilib.
 
"Radiosporten"də təcrübəli və bacarıqlı həmkarlarım var. Həm Kristian, həm də studiyada olanlar mənə "get" dedilər. Qızım hazırda yaxşıdır. Yara ciddi idi, lakin dərin deyildi. Hər şey nəzarət altındadır", - deyə Elmander qeyd edib. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right