"Qarabağ”ın yeni stadionuna köçəcəyi tarix bəlli olub.
Newsport.az saytının məlumatına görə, uzun müddətdir ki, Tofiq Bəhramov adına Respublika stadionu və "Bakcell Arena”da istifadə edən Ağdam təmsilçisi artıq doğma meydanından istifadə edəcək. Əldə etdiyimiz bilgiyə görə, "Qarabağ” Azərbaycan Premyer Liqasının VI turunda "Neftçi”ni məhz yeni arenası olan "Qarabağ Arena”da qəbul edəcək.
Qeyd edək ki, "Qarabağ” – "Neftçi” matçı sentyabrın 26-sı keçiriləcək.