"Neftçi"nin yeni qapçısı: "Buna müdaxilə etmək olardı" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının V turunda baş tutan "Neftçi” – "Xəzər Lənkəran” oyunu "Neftçi”nin qapıçısı Miçal Peskoviç üçün əlamətdar olub.

Newsport.az-ın məlumatına görə, "Böyük oyun”la Premyer Liqamızda debüt edən əlcək sahibi qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb:
 
-Debütünüz barədə danışmağınızı istərdik. Sizcə uğurlu alındımı?
-Bu "Neftçi”də ilk rəsmi oyunum idi. İlk oyunda qələbə qazanmaq hamının istəyidi. Düzdü qələbə qazanmağa layiq idik. Amma sonda 1 xalla kifayətlənməli olduq. "Xəzər Lənkəran”dan yaxşı oynadıq. Bizə lazım olan ikinci qolu vura bilmədik. Təəssüflənirəm.
 
-Qapınızdan buraxdığınız topda kobud səhvlə yadda qaldınız. Həmin vaxt nə baş verdi? Topun istiqamətini müəyyənləşdirə bilmədiniz yoxsa komanda yoladaşınız sizi çaşdırdı?
-İndiki məqamda səhvin kimdə olduğunu demək çətindi. Buna oyunun videoyazısına baxdıqdan sonra rəy vermək düzgün olar. Topun istiqamətini müəyyənləşdirmişdim. Amma mən müdafiəçimiz Melli topa başla zərbə vurmaq istəsə də, son anda fikrindən döndü.  Buna görə də, topu tuta bilmədim.
 
-Hakimlikdən razı qaldınızmı?
-Hakimlə bağlı danışmağım düzgün olmaz.  Amma bir şeyə münasibət bildirmək istəyirəm. Lənkəran klubu ikinci hissədə 10-15 dəqiqə uzatdı. Buna müdaxilə etmək olardı.
 
-"Neftçi” – "Xəzər Lənkəran”: bu komandalar arasında oyunu "böyük oyun” adlandırırlar. Siz belə bir ab-hava hiss etdinizmi?
-Bu barədə məlumatım var. Azarkeş sayından oyununun ab-havasını hiss etmək mümkün idi. Çünki əvvəlki olyunlara nisbətən bu oyunda azarkeş var idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right