Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turun oyunlarına yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə bir görüş keçiriləcək.
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” səfərdə “Sumqayıt”ın qonağı olacaq. Roman Qriqorçuk komandası səfərdə oynamasına baxmayaraq matçın favoriti hesab olunur. “Qırmızı-qaralar” qələbə qazanmaqla yenidən liderlər sırasına yüksələ bilər.
Görüş saat 21:00-da başlayacaq.
21 sentyabr
Azərbaycan Premyer Liqası, 5-ci tur
21:00. “Qəbələ” – “Sumqayıt” 1-0
Qol: Qay, 90+1
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev
Qəbələ şəhər stadionu