Futbol üzrə Azərbaycan II Liqasında V tura yekun vurulub.
Newsport.az xəbər verir ki, "Göygöl" doğma meydanda "Dinamo"nu qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 10-a yüksəldən "Göygöl" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 6 xalı olan "Dinamo" isə 9-cu yerdədir.
"Göygöl" - "Dinamo" 4:3
Qollar: Vüsal Mehdiyev, 4, Fərid Məmmədov, 35, Kərim Vəliyev, 89, Ülvi Cəlilov, 90+4 - Yusif Cəfərov, 52, Elmin Əskərli, 57, 61