"Əsas odur ki, hesabı tez bərabərləşdirdik"-Rahid Əmirquliyev

"Neftçi" ilə oyuna 3 xal üçün gəlmişdik. Oyuna gəlincə çox ağır matç oldu. Məğlub da ola bilərdik. Qazandığımız bir xalı 3 xala bərabər hesab etmək olar". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev Premyer Liqanın 5-ci turunda "Neftçi" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib. 

İlk hissədə pis oynadıqlarını bildiriən R.Əmirquliyev Skarlatakenin meydandan qovulmasının komandanı çətin vəziyyətdə qoyduğunu vurğulayıb: "İlk hissədə komandamız pis oynadı. Ümumiyyətlə matçın əvvəlində oyunumuz alınmırdı. İkinci hissədə özümüzü yenicə toparlamışdıq ki, Skarlatake komandanı pis vəziyyətdə qoydu. O, bunu birinci-ikinci dəfə deyil, artıq neçənci dəfədir ki, edərək komandanı azlıqda qoyur. Amma yenə də matçın taleyini dəyişə bildik". 

Vurduğu qola da münasibət bildirən Rahid bu barədə belə deyib: "Cərimə zərbəsi zamanı sözün açığı topu qapıya vurmağı düşünmürdüm. Sevinirəm ki, top qapıya getdi və qol oldu. Hər zaman çalışıram ki, qol vurum və komandamıza faydam olsun. Əsas odur ki, hesabı tez bərabərləşdirdik. Bəlkə də qolu gec vursaydıq, oyunun taleyini dəyişə bilməyəcəkdik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right