2023-cü il BƏƏ-də keçiriləcək dünya çempionatında iştirak edəcək minifutbol üzrə Azərbaycan milli komandasının oyunları canlı yayımlanacaq.
Newsport.az-ın məlumatına görə, futbolsevələrin yığmamızın matçlarını "İdman TV" ilə izləmək imkanı olacaq.
Qeyd edək ki, mundial 26 oktyabr - 4 noyabr tarixlərində BƏƏ-də keçiriləcək.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv G qrupunda Tunis, Misir və İraqla mübarizə aparacaq.