"Görüşdən öncə böyük oyunun əhəmiyyətini itirdiyini deyirdilər. Məncə, böyük oyuna layiq bir mübarizə getdi. Mübarizə, qırmızı vərəqə, vurulmayan penalti..."
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Premyer Liqanın 5-ci turunda "Xəzər Lənkəran"la 1:1 bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
S.Əliyev futbolçusu Erik Ramosun fair-pley qaydalarına zidd hərəkət etməsinə belə münasibət bildirib: "Futbolda səhvlər olur. Biz də səhvlər etdik. Məncə, Erik Ramos ədalətli oyun qaydalarına riayət etməli, topu rəqibə qaytarmalı idi. Amma bunu etmədi. Onunla bu barədə söhbət edib, eyni halın təkrarlanmamasını tapşıracağam. Ola bilsin ki, qələbə istəyindən irəli gələn bir şeydi. Amma istənilən halda, olmamalıdır”.