AFFA rəsmisi "Olimpiakos"un oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.

Newsport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Baçka Topola” və Yunanıstanın "Olimpiakos" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 5-də "TSC Arena"da gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right