AFFA İntizam Komitəsi Premyer Liqanın VIII turunun daha 2 oyunu ilə bağlı qərarlarını açıqlayıb. Newsport.az xəbər verir ki, “Kəpəz”lə görüşdə 5 futbolçusu sarı vərəqə alan “Qəbələ” 700 manat cərimələnib.
Ev sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətinə kənar əşya atılması ucbatından gəncəlilər 800 manat cərimə olunub. Görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğundan, “Kəpəz” daha 800 manat cərimələnib.
“Zirə” ilə oyunun 90+4-cü dəqiqəsində qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın braziliyalı müdafiəçisi İqor Ribeyro isə 1 oyunluq cəzalanıb, klubunu 500 manat ziyana salıb.