AFFA İntizam Komitəsi aşağı liqalarda və futzal çempionatlarında qeydə alınan neqativ halları müzakirə edib. Newsport.az xəbər verir ki, komitə sabiq futbolçu Xəyal Mustafayevə ağır sanksiya tətbiq edib.
Gənclər liqasında “Qarabağ”la matç zamanı hakimi təhqir edən “Araz-Naxçıvan”ın baş məşqçisi 5 oyunluq diskvalifikasiya ilə üzləşib.
Futzal üzrə Yüksək Liqada keçirilən “Yasamal Bakı” – “Record club” oyununda isə ikincilərin məşqçisi Ali Sabahiaghghaleh hakimə qarşı fiziki təzyiqə cəhdə görə birbaşa qırmızı vərəqə alıb. Bu, onun 5 oyunluq cəzalandırılmasına səbəb olub.