"Son xəbərlər heç də xoş deyil" Ralf Ranqnik

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsində Belçika və Azərbaycanla keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib. Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis heyətlə bağlı qayğılarının olduğunu gizlətməyib.
 
O, bu səbəbdən 28 nəfərlik geniş heyətə ehtiyac duyduğunu deyib. Çünki komandada 4 oyunçunun iştirakı sual altında olduğundan, onlara alternativ də nəzərə alınıb:
 
“David Alaba, Marsel Sabitzer, Stefan Poş və Mixael Qreqoritş zədəlidilər. Onlarla bağlı son xəbərlər heç də xoş deyil. Bu üzdən əlavə 1-2 nəfərə dəvət göndərmişəm. Futbolçularım sanki uzun mövsümün sonundadılar. Yorğun və zədəlidilər var. Belə durumda oynamaq çətin olacaq. Ancaq yenə də hədəfimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
 
Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya yığması üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right