Azərbaycanlı FİFA referisi Əliyar Ağayev daha bir təyinat alıb. Newsport.az xəbər verir ki, hakim Avropa Liqasının qrup mərhələsinin II turunda iş başında olacaq.
O, “Rakov” (Polşa) – “Ştrum” (Avstriya) görüşündə ədaləti qoruyacaq. Oktyabrın 5-də keçiriləcək qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmrəli köməklik göstərəcəklər. Dördüncü hakim isə Kamal Umudlu olacaq.
Matçın VAR hakimləri niderlandlı Jeroen Manşot və Sergey Ervin Blank olacaq.