"Gəncə" klubu argentinalı məşqçi ilə müqavilə imzalayıb

Qadın voleybolçulardan ibarət “Gəncə” klubunun məşqçilər korpusunda yeni təyinat olub.

Bölgə təmsilçisindən Newsport.az-a verilən məlumata görə, komanda argentinalı İqnasio Aqustin İbarra ilə anlaşıb.

Mütəxəssislə birillik müqavilə imzalanıb. O baş məşqçi Sergey Çasnavitskinin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, İqnasio Aqustin İbarra son olaraq Argentinanın “Circulo La-Plata” klubunda çalışıb. "Gəncə" daha əvvəl belaruslu məşqçi Vladimir Moysieviçi də heyətinə qatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right