İsveç çempionatında və Avropa Liqasının təsnifat mərhələlərində rəqiblərini “Bravida Arena”da qəbul edən “Hakken” “Qarabağ”la oyunu Geteborq şəhərinin başqa stadionunda keçirəcək.
Newsport.az saytı xəbər verir ki, İsveç klubu qrup matçları üçün “Ullevi” stadionunu seçib.
Per-Matias Höqmonun yetirmələri 43 min tamaşaçı tutumuna malik arenada oynasa da, tribunaların böyük hissəsi boş qalacaq. Təsadüfi deyil ki, “Hakken” rəhbərliyinin hədəfi qrup görüşlərində tribunalara heç olmasa 8000 fanatı cəlb etməkdir.
Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək “Hakken” – “Qarabağ” oynu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.