"Qarabağ" "Hekken"lə matçda dəstəksiz qalmayacaq

"Qarabağ" Avropa Liqasının H qrupunun 2-ci turunda İsveçdə "Hekken"in qonağı olacaq.

Newsport.az xəbər verir ki, görüş 43 min tamaşaçı tutumuna malik Göteborqdakı Ullevi stadionunda baş tutacaq.

Matçı 25 minə yaxın tamaşaçının izləyəcəyi gözlənilir.

Onların 350-yə yaxını "Qarabağ"ı dəstəkləyəcək xaricdə yaşayan soydaşlarımız olacaq.

Qeyd edək ki, "Hekken" - "Qarabağ" matçı oktyabrın 5-də adıçəkilən arenada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right