"Qəbələ"nin legioneri Gəncədəki qələbə ilə bağlı paylaşım etdi

"Qəbələ"nin braziliyalı müdafiəçisi Lukas Afriko sosial şəbəkədə Premyer Liqanın 8-ci turunda "Kəpəz" üzərindəki (1:0) qələbə barədə paylaşım edib.

Newsport.az xəbər verir ki, bölgə klubunun legioneri komandasının Gəncədə üç xal qazanması haqda bunları yazıb:

"Uşaqlar, bu cür mühüm qələbə münasibətilə sizi təbrik edirəm. Biz bu uzun yolda güclü və birlik olaraq qalırıq".

Qeyd edək ki, "Qəbələ" Gəncədə qazandığı qələbə ilə aktivindəki xalların sayını 7-ə çatdıraraq sonuncu pillədən qurtularaq 8-ci pilləyə yüksəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right