Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Kəpəz”in qonağı olan "Qarabağ” matçdan 3-2 hesablı qələ ilə ayrıldı.
Newsport.az xəbər verir ki,qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi bu fikirlərə yer verib:
"İlk növbədə "Kəpəz”ə uğurlar arzu edirəm. Həqiqətən də tərifəlayiq futbol oynadılar. Düşünürəm ki, gələcək daha yaxşı nəticələr əldə edəcəklər. Şahin müəllimə uğurlar diləyirəm. Mənim Gəncə şəhərinə başqa cür sevgim var. Bu qədim şəhər həmişə maraqlı hadisələrlə yadda qalıb. Şadam ki, Gəncədə yenə futbol var. Azarkeşlər həm məni, həm də komandamı çox yaxşı qarşıladılar. Hesab edirəm ki, "Kəpəz” Avropa Liqasında oynamağa qadir komandadır. Öz komandama gəldikdə, hər bir oyunçuya təşəkkür edirəm. Ağır səfərdən sonra qayıdıb, qələbə qazandıq. Bir araya gəlib, oyuna ciddi yanaşdıq və nəticə qazandıq”.”