Millimizin üzvü Macarıstan klubu ilə daha bir kubok qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova cari mövsüm ilk kuboku qazanıb.

Newsport.az xəbər verir ki, blokçunun şərəfini qoruduğu Macarıstanın “Vaşaş” klubu beynəlxalq yarışın qalibi olub.

Komanda Polşada keçirilən “Amica Cup 2023” hazırlıq turnirində yerli “Vrotslav” klubunu 3:1, Almaniyanın “Drezdner” kollektivini 3:2 və Çexiya təmsilçisi “Dukla Liberets”i 3:2 hesabı ilə məğlub edərək titula sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right