Coşqun Diniyevin ilk qolu atası ilə qardaşını məyus etdi

Gəncədə "Kəpəz"lə "Qarabağ" arasında keçirilən Azərbaycan Premyer Liqasının V tur matçında qeyri-adi olay baş verib. 
 
Newsport.az-ın məlumatına görə,hal hazırda davam edən matçın 38-ci dəqiqəsində Ağdam komandasının futbolçusu Coşqun Diniyev penaltini dəqiq yerinə yetirərək yeni komandasının heyətində ilk qoluna imza atıb.
 
Bununla da 20 yaşlı yarımmüdafiəçi "Kəpəz"in baş məşqçisi Şahin Diniyevi və Gəncə komandasında çıxış edən qardaşı Kərim Diniyevi məyus edib. 
 
Qeyd edək ki, ilk yarıdan sonra "Qarabağ" öndədir - 1:0.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right