Azərbaycan Premyer Liqasında 8-ci tur davam edir.
Newsport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. "Neftçi" "Turan Tovuz"un qonağı olub. Paytaxt təmsilçisi 1:0 hesablı qələbə qazanıb. "Neftçi" bu nəticə ilə "Araz-Naxçıvan" və "Turan Tovuz"u geridə qoyaraq 4-cü pilləyə yüksəlib.
Günün digər matçında isə "Sabah" səfərdə - "ASCO Arena"da "Səbail"lə qarşılaşıb. Gərgin keçən bu oyunda qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
30 sentyabr (şənbə)
18:00. “Səbail” – “Sabah” - 2:2
Qollar: Yusif Nəbiyev, 28 (1:0), Emmanuel Appeh, 41 (1:1), Anatoli Nuriyev, 84 (1:2), Adi Mehremiç, 87 (2:2)
Qırmızı vərəqə: Boyan Letiç, 90+5 ("Sabah")
Qeydə alınmayan qol: Aleksandr Ramalinqom, 52 ("Səbail") - VAR
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
“ASCO Arena”
16:00. “Turan Tovuz” – “Neftçi” - 0:1
Qol: Aron Olanare, 87, (0:1)
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Tovuz şəhər stadionu