"Qəbələ" ilə matça da xal üçün çıxacağıq"

"Kəpəz"in müdafiəçisi Elçin Əlicanov Misli Premyer Liqasının 8-ci turunda evdə "Qəbələ" ilə keçiriləcək oyun haqda danışıb.

Newsport.az xəbər verir ki, 24 yaşlı futbolçus klubun mətbuat xidmətinə açıqlamasında meydana xal qazanmaq üçün çıxacaqlarını bildirib:

"Sabah"la oyunda geridönüş vacib idi. Bakıya xal üçün getmişdik və buna nail olduq. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Bu matça da xal üçün çıxacağıq. Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq, xal qazandıq. Haqqımda olan müsbət fikirləri dəyərləndirirəm və gələcəkdə inşallah, daha yaxşı olar. Azarkeşlərimiz məkanın fərqi olmadan yanımıza gəlirlər. Onların daim yanımızda olmasını, kömək etməsini istərdim". 

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Kəpəz" - "Qəbələ" qarşılaşması saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right