“Cəbrayıl”a texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, iclasda 2-ci liqada baş verən qayda pozuntuları ilə bağlı da qərarlar da açıqlanıb.
 
Adı protokolda qeyd edilməmiş futbolçu Nurlan Quliyevin "Şahdağ Qusar"a qarşı 4-cü tur oyununda meydana çıxmasına görə "Cəbrayıl"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni zamanda, "Cəbrayıl" klubu 400 manat məbləğində cərimələnib.
 
Qeyd edək ki, görüş qolsuz bərabərliklə başa çatmışdı.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right