"Bu, "Turan Tovuz"a qarşı oynayan hər komanda üçün problemdir"

"Diqqətimizi oyuna kökləmişik. Bizi çətin görüş gözləyir. Amma qalib gəlmək və üç xalı qazanmaq üçün Tovuza gedirik".

Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Kenni Sayef  klubun rəsmi televiziyasına açıqlamasında deyib.

İsrailli yarımmüdafiəçi Misli Premyer Liqasının 8-ci turunda sabah "Turan Tovuz"la keçiriləcək səfər oyunu haqda danışarkən matça tam hazır olduqlarını bildirib: "Bütün diqqətlimiz bu görüşə yönəltmişik. Hamımız tam köklənmişik. Daha sonra irəli baxacağıq. Düşünürəm ki, biz tam hazırıqr". 

Sayef Tovuz şəhər stadionun ot örtüyünün süni olması barədə isə qeyd edib: "Bu, "Turan Tovuz"a qarşı çıxış edən hər komanda üçün problemdir. 6-7 saatlıq yol qət edəndən sonra süni ot üzərində oynamaq elə də asan deyil".

29 yaşlı futbolçu  cəzalı olduğu üçün bu matçda iştirak etməyəcək Yuri Matiasın komandası üçün itki olduğunu deyib: "Yuri komanda üçün çox vacib fiqurdur. Amma inanıram ki, bu rəqibə qarşı meydana çıxacaq oyunçular öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki b, "Neftçi"dir. Hər kəs tam gücü ilə mübarizə aparacaq".

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Turan Tovuz" - "Neftçi" görüşü saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right