“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram və “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi Moldova millisinə çağırılıblar.
Newsport.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko onlara İsveçlə yoldaşlıq, Avro-2024-ün seçmə mərhələsində isə Polşa ilə oyunlar üçün dəvət göndərib.
Moldova yığması oktyabrın 12-də İsveç, 15-də isə Polşa ilə qarşılaşacaq.
Qeyd edək ki, Denis Marandiçi 2020, Kristian Avram isə 2021-ci ildən Moldova millisinə dəvət alır.