Bolqarıstan çempionatında 11-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun yeni komandası “Arda” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Krumovqrad”la qarşılaşıb və inamlı qələbə qazanıb – 3:1.
20 yaşlı müdafiəşi Cəlal da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ilk qolunu da 4-cü dəqiqədə Hüseynov vurub. O, qolunu əsgər salamı ilə qeyd edib.
“Arda” hazırda 19 xalla 5-ci pillədə qərarlaşıb.