“Hayduk” – “Dinamo” dueli öncəsi zəif bəndlər: Mahir Emreli

Oktyabrın 1-də Xorvatiya çempionatının 10-cu turu çərçivəsində əzəli rəqiblər Zaqreb “Dinamo”su ilə Split “Hayduk”u ikincilərin meydanında üz-üzə gələcəklər.

Newsport.az xəbər verir ki, yerli mətbuat prinsipial qarşılaşma öncəsi maraqlı sorğu aparıb. Belə ki, komandaların hər mövqe üzrə oyunçularını üz-üzə qoyan KİV hansı zonada kimin daha güclü olduğunu üzə çıxarmağa çalışıb.

Adı sorğuya salınanlar sırasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də olub. 26 yaşlı oyunçu “Hayduk”un kosovolu üzvü Emir Sahiti ilə qiyabi mübarizə aparıb. Bu rəqabətdə Sahiti daha güclü hesab edilib. O, respondentlərin 58, Emreli isə 42 faiz səsini toplayıb.

Mövqelər üzrə sorğuda “Dinamo”nun cəmi 3 oyunçusu əks-cəbhədəki həmkarından geri qalıb. Bunlar Mahir Emreli ilə yanaşı, müdafiəçi Robert Lyubiçiç və qapıçı İvan Nevistiçdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right