“Zirə”nin futbolçusunun cəza müddəti azaldılıb

“Zirə”nin futbolçusu Pyer Zeblinin cəza müddəti azaldılıb. Newsport.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar verib.
 
İntizam Komitəsinin “Sumqayıt”la oyundakı birbaşa qırmızı vərəqə ucbatından kəsdiyi 2 oyunluq cəza ilə bağlı paytaxt klubunun şikayəti qismən təmin olunub. Belə ki, italiyalı yarımmüdafiəçinin cəzası 1 matça endirilib. Digər 1 görüş isə şərti ilə əvəzlənib. Oyunçuya 3 aylıq sınaq müddəti təyin olunub. Bu müddətdə Zebli hər hansı pozuntuya yol versə, həmin 1 oyunluq cəza sanksiyanın üzərinə gələcək.
 
Tərəflərin bu qərardan Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right