“Qarabağ”ın müdafiəçisi “Haken”lə oyunu buraxacaq

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib. Newsport.az saytı xəbər verir ki, millimizin üzvü hələ bir müddət komandadan uzaq qalacaq.
 
Premyer Liqanın VI turunda “Sabah”la görüşdə zədələnən 26 yaşlı oyunçu oktyabrın ilk yarısında kollektivə kömək edə bilməyəcək. Bu isə o deməkdi ki, Mustafazadə çempionatın IX turunda “Neftçi” ilə keçiriləcək prinsipial matçı, eləcə də Avropa Liqasının qrup mərhələsinin II turunda “Haken”lə səfər qarşılaşmasını buraxacaq.
 
Qeyd edək ki, “Qarabağ” oktyabrın 5-də “Haken”lə, 8-də isə “Neftçi” ilə qarşılaşacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right