Asim Xudiyevə UEFA-dan daha bir təyinat gəlib. Newsport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim-inspektor bu dəfə Azərbaycanda fəaliyyət göstərəcək.
O, UEFA Gənclər Liqası çərçivəsində “Qəbələ”nin ev oyununda iş başında olacaq. Bel ki, Xudiyev I mərhələdə Macarıstan təmsilçisi “Puşkas Akademiyası” ilə görüşdə hakim-inspektor kimi çalışacaq.
Maraqlıdı ki, qarşılaşmanın dördüncü hakimi funksiyasını digər azərbaycanlı Tural Qurbanov icra edəcək.
Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da start götürəcək.