Alaba millimizlə oyunu buraxa bilər

“Real” iki ciddi itki ilə üzləşib. Newsport.az xəbər verir ki, La Liqanın VII turunda “Jirona” ilə oyunda “kral klubu”nun iki müdafiəçisi sıradan çıxıb.
 
Bunlar David Alaba və Antonio Rudigerdi. Xüsusən də, Alaba birinci hissədə əvəzlənmək məcburiyyətində qalıb. Avstriya millisinin üzvünün növbəti turda iştirak etməyəcəyi artıq dəqiqdi. Onun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək.
 
Alabanın zədəsi ciddi olarsa, o, hətta AVRO-2024-ün seçmə mərhələsində oktyabrın 16-da Bakıda Azərbaycan millisi ilə keçiriləcək oyunu buraxa bilər.
 
Qeyd edək ki, Avstriya millisinin hücumçusu Marko Arnautoviç zədə səbəbindən seçmə mərhələnin oktyabrdakı görüşlərində iştirak etməyəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right