İsgəndərli qol vurdu, komandası...

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununu keçirib. Newsport.az xəbər verir ki, komanda VI tur çərçivəsində səfərdə “Vlajniya”nın qonağı olub. 
 
Görüş “Eqnatiya”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydana start heyətdə çıxan İsgəndərli 49-cu dəqiqədə komandasının ilk qolunu vurub. O, 85-ci dəqiqədə əvəzlənib. 
 
Qeyd edək ki, Vüsal İsgəndərli bu mövsüm “Eqnatiya”nın heyətinə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right