"Neftçi"yə yeni mətbuat katibi təyin edildi

“Neftçi”də daha bir təyinat reallaşıb. Newsport.az xəbər verir ki, paytaxt klubunun yeni mətbuat katibi bəlli olub.
Rəhbərlik bu posta Emin Əfəndini təyin edib.
 
Qeyd edək ki, 45 yaşlı Emin Əfəndi peşəkar karyerasına ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan “De, Gəlsin” meyxana verilişinin aparıcısı, daha sonra “Space TV”də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub. O, müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib.
 
2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub. 2014-cü ildə justfootball.com saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışıb. ATV telekanalında yayımlanan “Böyük Səhnə” verilişində münsif heyətində yer alıb. Vitali Kliçko, Roberto Karlos, Demis Russos kimi məşhur ulduzların qonağı olduğu “Bizim kimi” verilişinin layihə rəhbəri və aparıcısı olub. 2022-ci ildə “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.
 
Hazırda Azərbaycan Respublikasının xalq artisti Miri Yusifin prodüseri olan Emin Əfəndi bu ildən ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right