“Çalışacağam ki, legioner həyatım qısa çəkməsin”

Bəxtiyar Həsənalızadə Azərbaycana qayıtmaq istəmir. Bu mövsümdən Türkiyə çempionatının I Liqasında çıxış edən “Tuzlaspor”da oynayan müdafiəçi özünü legioner kimi sübut etmək niyyətindədir.

Newsport.az xəbər verir ki, Bəxtiyar zamanla əsas heyətdə möhkəmlənmək istəyir: “Yeni gəldiyim vaxt kollektivə adaptasiya olmaqda çətinlik çəkirdim. Bundan əlavə, mövsümöncəsi hazırlıq prosesindən də uzaq qalmışdım deyə, fiziki cəhətdən formada deyildim. Bu da ilk vaxtlarda öz təsirini göstərdi. Çatışmazlıqları aradan qaldırmaq, komandanın hazırlıq prosesinə tam uyğunlaşmaq üçün məşqlərdə əlimdən gələni əsirgəmirəm. Seçimi məşqçilər edirlər. Mənim üzərimə düşən hər an hazır olmaqdır”.

Həsənalızadə daha güclü klublara keçmək fikrindədir: “İstərdim ki, burada qalım, mübarizə aparım və daha yaxşı komandalara keçid edə bilim. Tez qayıtmaq asandır, ancaq bu işin mümkün tərəflərindən biridir. Çalışacağam ki, legioner həyatım qısa çəkməsin”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right