Adrian Mutudan şəhidlərimizə ehtiram

“Neftçi”nin baş məşqçisi Andian Mutu 27 sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Newsport.az xəbər verir ki, rumıniyalı mütəxəssis özünün rəsmi “Feysbuk” və “İnstaqram” səhifələrində üzərində Azərbaycan bayrağı və Xarı bülbül simvolunun əksi olan şəkil paylaşıb.

O, paylaşımında “Azərbaycan uğrunda döyüşən şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!” sözlərini yazıb.

Qeyd edək ki, Rumıniya futbolunun əfsanələrindən olan Adrian Mutunun “Feysbuk”da 514 min, “İnstaqram”da isə 234 min izləyicisi var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right