“Çoxdandır ki, belə “ev” hakimliyi görməmişdim”

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov Azərbaycan Premyr Liqasının VII turunda “Qəbələ” ilə keçirilən səfər oyununu dəyərləndirib.

Newsport.az xəbər verir ki, agent ağdamlıların 2:1 hesabı ilə qalib gəldikləri görüşdə bərbad hakimlikdən şikayətlənib.

O, eyni zamanda Lunyovun da gözəl oyun ortaya qoyduğunu söyləyib: “Çoxdandır ki, belə “ev” hakimliyi görməmişdim. Andreyin ikinci seyvi etdiyi anda oyundankənar vəziyyət başa düşülmür. Hissənin sonunda qarşılıqlı kobud vəziyyətdə “Qarabağ”lı futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılsa da, “Qəbələ”nin futbolçusu rəqibin başına zərbə vurduğuna görə birbaşa qırmızı vərəqə almadı. Ümumiyyətlə, bu, sirkdir. Çoxları hesab edir ki, “Qəbələ”yə qalib gələn “Qarabağ” deyil, matçın baş hakimini 2:1 hesabı ilə məğlub edən Lunyov olub. Andrey yenə vacib qələbə ilə çempionatda birinci, mövsümdə üçüncü möhtəşəm oyununu keçirdi. Ümid edirəm ki, bundan sonra daha da yaxşı olacaq”.

Qeyd edək ki, matçın 42-ci dəqiqəsində “Qarabağ”ın müdafiəçisi Kevin Medina, 89-cu dəqiqəsində isə baş məşqçisi Qurban Qurbanov qırmızı vərəqə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right