Şahruddin Məhəmmədəliyevin rəqibi ayrıldı

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin yeni komandası “Adana Dəmirspor”da gözlənilməz ayrılıq baş verib. Newsport.az xəbər verir ki, Super Liqa təmsilçisi digər əcnəbi qolkiperi Qoran Karaçiçlə vidalaşıb.
 
Maraqlıdı ki, bosniya və herseqovinalı qapıçı bu mövsüm Konfrans Liqası görüşlərində iştirak etsə də, Super Liqa üçün sifariş ərizəsinə salınmayıb. Daha doğrusu, Türkiyə Futbol Federasiyası onun adını qəbul etməyib. Bu səbəbdən adanalılar 27 yaşlı oyunçunun 2025-ci ilin yayına qədər olan müqaviləsinə təktərəfli xitam verib.
 
Qeyd edək ki, Qoran Karaçiç “Adana Dəmirspor”a ötən ilin yayında “Adanaspor”dan keçib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right