“İlk hissədə oyunçularımdan narazı qalsam da, ikinci hissəyə görə onlara təşəkkür edirəm. Müdafiədə problemlərimiz var, bunu həll etməliyik".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Emin Quliyev Premyer Liqanın 5-ci turunda “Zirə"yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.
E.Quliyev komandasının qolu rəqibə hədiyyə etdiyini bildirib: "Biz qolu rəqibə hədiyyə edirik. Hələlik, komandada hücumçu yoxdur, ona görə də məcburiyyətdən Fəridi oynadıram”.